Naxçıvan Dövlət Statistika Komitəsi ISO 9001:2015 sertifikatı alıb
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparatı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunu təsdiq edən sertifikata layiq görülüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sertifikat Komitənin sözügedən sahədə fəaliyyətinin beynəlxalq standartın tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə keçirilən sertifikatlaşdırma auditinin nəticələrinə əsasən təqdim edilib.
2026-cı ilin may ayında keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınan “SGS” şirkətinin yerli nümayəndəsi “SGS Azerbaijan” MMC-nin audit qrupu tərəfindən aparılıb.
Bu, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin ISO 9001:2015 beynəlxalq standartı üzrə ilk uyğunluq sertifikatı olub.








