Naxçıvanda gənclərin vətənpərvərlik yürüşü keçiriləcək
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Naxçıvan şəhərində “Suverenliyimiz qürurumuzdur” şüarı ilə vətənpərvərlik yürüşü keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 17 sentyabr saat 11:00-da başlayacaq yürüş hərbi orkestrin müşayiəti ilə Bayraq Meydanından start götürərək Zəfər Parkında başa çatacaq.
Tədbir çərçivəsində gənclərin hazırladığı rəsmlərdən ibarət sərgiyə də baxış keçiriləcək.








