
Naxçıvan energetikləri yaşıllıqlara qulluq ediblər - FOTO
Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan mütəxəssislər stansiya və yarımstansiyaların ərazisində yerləşən yaşıllıqlara mütəmadi qulluq edirlər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün də energetiklər tərəfindən yaşıllıqlara qulluq göstərilib, ağaclar budanıb, alaq otları təmizlənib. Eyni zamanda ağacların dibləri bellənib və suvarma işləri aparılıb.