
Naxçıvan şəhərində yaşıllıqlara aqrotexniki qulluq göstərilib - FOTO
Naxçıvan Şəhər İcra Hakimiyyətinin, mənzil istismar idarələrinin, sahə inzibati ərazi dairələrinin və digər tabeli təşkilatların iştirakı ilə Naxçıvan şəhəri ərazisində, şəhərin qəsəbə və kəndlərində gündəlik olaraq abadlıq və təmizlik işləri görülür, eyni zamanda yaşıllıqlara qulluq göstərilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki bu, bu işlərin davamı olaraq iyul ayının 5-də Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq şəhər və ətraf ərazilərdə abadlıq, təmizlik və yaşıllıqlara qulluq aksiyası həyata keçirilib.
Həmçinin şəhər ərazisində təmizlik işlərindən əlavə mövsümi yaşıllaşdırma, mövcud yaşıllıqların qorunması, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və suvarılması işləri də həyata keçirilib.
Eyni zamanda şəhərin mərkəzi küçələri və prospektləri, binaların həyətləri, yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb, ağacların dibləri bellənib və ağaclara xüsusi qaydada aqrotexniki qulluq göstərilib.
Ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.