Naxçıvan və Balıkəsir Kukla Teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafı istiqamətində növbəti mühüm addım atılıb. Naxçıvan Dövlət Kukla Teatrı ilə Balıkəsir Altıeylül Bələdiyyəsi Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, memorandum Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Balıkəsir Altıeylül Bələdiyyəsi başqanının müavini Ertan Kayatepe tərəfindən imzalanıb.
Sənəd qarşılıqlı qastrol səfərlərini, birgə yaradıcılıq layihələrini, təcrübə mübadiləsini və teatr sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq Azərbaycan teatr sənətinin Türkiyədə təbliği, Naxçıvanın mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.








