Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarını asanlaşdırır, vaxt və resurslara qənaəti, həmçinin idarəetmədə şəffaflığı artırır.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində Xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 7869 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 2,1 dəfə artım qeydə alınıb.








