Qızılın qiyməti ilk dəfə 4700 dolları keçib

Qızılın qiyməti ilk dəfə 4700 dolları keçib

24 Avqust 2026

"Comex" birjasında oktyabr ayında çatdırılma şərti ilə qızıl üzrə fyuçers müqaviləsinin qiyməti bir troya unsiyası üçün 4 700 dollar həddindən yuxarı qalxıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, ticarət platformasının məlumatlarından aydın olur.

Sonuncu dəfə qiymətli metal 2026-cı ilin may ayında belə baha satılıb.

Bakı vaxtı ilə saat 06:10-a olan məlumata görə, qızılın kotirovkaları 0,55 % artım nümayiş etdirərək bir troya unsiyası üçün 4 706,4 dollara çatıb.

Saat 06:30-a fyuçersin dəyərinin artım tempi yüksəlib - qiymət bir troya unsiyası üçün 4 713,8 dollar təşkil edib ki, bu da 0,77 % artım deməkdir.