Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib -

Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

07 İyun 2026

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib. Həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlara, ümumilikdə,1475 abituriyentin buraxılması nəzərdə tutulub. İmtahanın idarə olunmasına 19 rəhbər, 142 nəzarətçi ayrılıb.

Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.