Naxçıvanda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Naxçıvanda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

05 Sentyabr 2024

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən insan həyatı üçün real təhlükə yaradan müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nəticədə şəhər ərazisindəki ticarət mərkəzlərinin birində kəsici-deşici alətlərin satışının təşkil edildiyi mağazalar müəyyən edilib. Həmin obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar davam etdirilir.