Ukraynalı uşaqların “Qəbəland” və Nohurgölə ekskursiyası təşkil edilib

Ukraynalı uşaqların “Qəbəland” və Nohurgölə ekskursiyası təşkil edilib

07 Avqust 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb olunan 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, onlar “Qəbəland” Əyləncə Mərkəzi və Nohurgöllə, Qəbələnin təbiət gözəllikləri ilə tanış olub, həmçinin əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.

Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində ölkəmizin digər regionlarına da səfərləri təşkil ediləcək.

Bildirək ki, agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası kimi reabilitasiya tədbirlərinə cəlb olunur, həmçinin peşəkar psixoloq tərəfindən keçirilən fərdi və qrup terapiyalarında iştirak edirlər.