Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 88 sm olub

Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 88 sm olub

14 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində bir sıra bölgələrdə yağış və qar qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aprelin 14-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 4, Şahbuzda 12, Küküdə (Şahbuz) 14, Biçənəkdə (Şahbuz) 10, Şərurda 3, Axurada (Şərur) 7, Ordubadda 8, Parağaçayda (Ordubad) 26, Culfada 8,  Kəngərlidə 3, Sədərəkdə isə 2 mm olub.

 Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

 Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 88, Parağaçaq Qar Uçqunu Stansiyasında 25, Şahbuz rayonunun Kükü kəndində 5, Biçənək kəndində isə 6 sm qeydə alınıb.