Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

22 May 2025

Bu ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 faiz artaraq 1009,0 manat olub.