Naxçıvanda uşaqların sayı açıqlanıb
2026-cı il yanvarın 1-i vəziyyətinə Naxçıvan Muxtar Respublikasında uşaqların ümumi sayı 112 min 543 nəfər olub ki, bu da region əhalisinin ümumi sayının 23,8 faizini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, rəsmi statistikaya əsasən, uşaqların 58 min 906 nəfəri oğlan, 53 min 637 nəfəri isə qız uşaqlarıdır.
Komitədən bildirilib ki, bu ilin yanvar-mart aylarında muxtar respublika üzrə 680 körpə doğumu qeydə alınıb. Hesabat dövründə doğulan uşaqların cinslər üzrə nisbətində bərabərlik müşahidə olunub. Belə ki, dünyaya gələn körpələrin 340-ı, yəni 50 faizi oğlan, eyni vəziyyətdə 340-ı, yəni 50 faizi isə qız olub.








