Donald Trampdan Bakıya məktub

Donald Trampdan Bakıya məktub

01 İyun 2026

ABŞ Prezidenti Donald Tramp adminstrasiyasının iyunda Azərbaycanla Ermənistan arasında sülh mövzusunda məhsuldar müzakirələrin aparılmasını səbirsizliklə gözlədiyini bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə "Bakı Enerji Həftəsi"nin başlaması ilə əlaqədar göndərdiyi məktubda deyilir:

"Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

31-ci "Bakı Enerji Həftəsi"ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.

Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.

Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu "Bakı Enerji Həftəsi" münasibətilə bir daha təbriklərimi çatdırıram".