Naxçıvandan 4 karateçi Qarabağ turnirində qalib olub -

Naxçıvandan 4 karateçi Qarabağ turnirində qalib olub - FOTO

02 İyul 2025

Ağdam Olimpiya İdman Kompleksində mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə Qarabağ turniri keçirilib. 200-dən çox idmançının qatıldığı turnirdə Naxçıvan Muxtar Respublikasından 5 idmançı iştirak edib və onlar 4-ü qızıl, 1-i bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, turnirdə kumite üzrə çıxış edən təmsilçilərimizdən Məhəmməd Bağırov (U-21 , -68 kq), Canər Abbaszadə (16-17 yaş, -76 kq), Nizami Orucov (13-yaş, 45-kq) və Yusif Orucov (9 yaş 25-kq) qızıl, Qədim Bağırov (14-15 yaş -63 kq) isə bürünc medal əldə edib.