Naxçıvanın “Ləvənt Bulut” döyüş klubu kikboks turnirinin mükafatçısı olub -

Naxçıvanın “Ləvənt Bulut” döyüş klubu kikboks turnirinin mükafatçısı olub - FOTO

06 Aprel 2026

Sərhədçi İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında çempionat və birincilik keçirilib. Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və “Xüsusi Təyinatlı” İdman Klubunun təşkilatçılığı ilə baş tutan turnirdə 44 klub və 400-ə yaxın idmançı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnirdə Naxçıvan Muxtar Respublikasını iki komanda təmsil edib. “Ləvənt Bulut” döyüş klubu 8 qələbə sayı ilə komanda hesabında üçüncü yerə sahib çıxıb və kubokla mükafatlandırılıb. “Naxçıvan-Şərur” idman klubunun iki idmançısı isə üçüncü yerə layiq görülüb.

Məşqçi Etibar Qəribovun rəhbərlik etdiyi “Ləvənt Bulut” döyüş klubundan Uğur Əliyev (71 kq) gənclər, Zenfira Məmmədli (56 kq), İbrahim Bağırlı (60 kq) yeniyetmələr, Uğur Abbasov (52 kq), Hüseyn Behbudov (37 kq), Rəşid Qulizadə (30 kq), Turan Abbasov (32 kq) və Nurlan Rızazadə (37 kq) isə kadetlər arasında birinci yerə sahib olublar. Nuray Seyidova (yeniyetmələr, 42 kq) və Əli Fətullayev (kadetlər, 37 kq) isə yarışı ikinci yerdə tamamlayıblar. “Naxçıvan-Şərur” idman klubundan Ayşən Əbilova (yeniyetmələr, 56 kq) və Səma Hüseynova (kadetlər, 36 kq) üçüncü olublar.    

Turnirdə həmçinin “Naxçıvan-Şərur” idman klubunun məşqçisi Kazım Cabbarova federasiya tərəfindən qeydiyyatın təsdiqi ilə bağlı sertifikatı təqdim olunub.