Şahin Mirzəyev Şahbuzda vətəndaş qəbulu keçirəcək
Aprelin 9-da saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şahbuz rayon sakinlərinin qəbulu aparılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı aprelin 8-i saat 11:00-dan etibarən Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq








