Naxçıvanın növbəti məktəblisindən uğurlu nəticə - 300 bal

Naxçıvanın növbəti məktəblisindən uğurlu nəticə - 300 bal

16 May 2026

Dövlət İmtahan Mərkəzinin 19 aprel 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak edərək maksimum nəticə – 300 bal toplayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Əhməd riyaziyyat və Azərbaycan dili fənlərinin hər birindən 100 bal əldə edib. Məktəbdə əsas xarici dil rus dili olsa da, o əlavə olaraq ingilis dili fənni üzrə də imtahanda iştirak edərək maksimum nəticə göstərib.

Qürurverici uğur münasibətilə Əhmədi təbrik edir, gələcək həyatında yeni nailiyyətlər arzulayırıq!