Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

31 May 2026

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 47,119 milyon ABŞ dolları təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4% çoxdur.

Hesabat dövründə muxtar respublika üzrə 4,516 milyon ABŞ dolları dəyərində ixrac, 42,603 milyon ABŞ dolları məbləğində isə idxal əməliyyatları həyata keçirilib.

Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,5% və 16,9% artıb.