Naxçıvanda “Uşaqların rəngli dünyası – 2026” festivalı keçiriləcək
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvanda “Uşaqların rəngli dünyası – 2026” adlı festival təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbir iyunun 1-də saat 18:00-da Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının Uşaq şəhərciyində baş tutacaq.
Festival proqramına uşaqlar üçün əyləncəli tədbirlər, yaradıcılıq sərgiləri, musiqi və rəqs nömrələri, intellektual oyunlar, müxtəlif müsabiqələr və maraqlı təqdimatlar daxildir.
Təşkilatçılar bütün uşaqları, valideynləri və şəhər sakinlərini bayram tədbirində iştirak etməyə dəvət edirlər.








