NDU-da “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda tədbir keçirilib -

NDU-da “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda tədbir keçirilib - FOTO

21 May 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Muxtar Respublika Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi baş ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.