Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə Ağdam şəhərinə 397 nəfərdən ibarət 110 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.








