Prokurorluq və ya polis orqanı tərəfindən telefon vasitəsi ilə çağırıla bilərəmmi? -

Prokurorluq və ya polis orqanı tərəfindən telefon vasitəsi ilə çağırıla bilərəmmi? - HÜQUQ MƏSLƏHƏTİ

17 Aprel 2026

Sual: Prokurorluq və ya polis orqanı tərəfindən telefon vasitəsi ilə çağırıla bilərəmmi?

Cavab: Bəli. Cinayət-Prosessual Məcəlləsinin 54-2-ci maddəsinə əsasən şəxs telefon, videokonfrans əlaqə sistemi vasitəsi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə prokurorluq və ya polis orqanlarına çağırıla bilər. Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilməli və bu barədə protokol tərtib olunmalıdır. Çağırılan şəxsin xahişi ilə çağırışın tarixi və vaxtı dəyişdirilə bilər. Həmçinin cağırılan şəxs üzürsüz səbəbdən çağırışa gəlmədikdə məcburi gətirilə bilər. Həmin şəxs üzürlü səbəbdən çağırışa gələ bilmədikdə bu barədə həmin orqana məlumat verməli, çağırışa gəlməməsinə səbəb olan üzürlü halları təsdiq edən dəlilləri təqdim etməlidir.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli