Aliment hansı hallarda ödənilmir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Aliment hansı hallarda ödənilmir?
Cavab:
1.Uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə.
2. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda.
3. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Şahmar Həşimov








