
Qanunvericiliyə əsasən bayram günləri məzuniyyət günlərinə daxil edilirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunvericiliyə əsasən bayram günləri məzuniyyət günlərinə daxil edilirmi?
Cavab: Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Məzuniyyətin müddəti həmin tarixə düşən bayram günlərinin sayı qədər əvəzi ödənilmədən uzadılır. Lakin şənbə və bazar günləri məzuniyyət günlərinin tərkibinə daxil edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov