Hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayət məsuliyyəti yaradırmı? -

Hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayət məsuliyyəti yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ

01 İyun 2026

Sual: Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayət məsuliyyəti yaradırmı?

Cavab: Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi  cinayət məsuliyyəti yaradır və —bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov