Qonşunun tüstü borusunu sizin həyətyanı sahəyə çıxarması qanunidirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qonşum fərdi yaşayış evində təbii qazla işləyən su qızdırıcısının tüstü borusunu mənim həyətyanı sahəmə çıxarıb. Bu düzgündürmü?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və digər daşınmaz əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmətlə yanaşmalı və öz mülkiyyət hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə hədsiz təsir göstərməməlidirlər.
Qanunvericiliyə görə işlənmiş qazların, ağır qoxuların və digər zərərli təsirlərin qonşu sahəyə yönəldilməsi yolverilməzdir. Bu baxımdan, tüstü borusunun sizin həyətyanı sahəyə çıxarılması qanunsuz hesab oluna bilər.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli








