Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final başlayır

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final başlayır

11 Fevral 2026

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tay-brekdə qələbə qazanan Nicat Abasov, Xaqan Əhməd, Rəhim Qasımov, Kamal Ağasiyev, Paşam Əlizadə və Rəvan Əliyev növbəti mərhələyə vəsiqə qazanıb.

Ölkə çempionatının 1/8 final mərhələsində Murad İbrahimli turnirin reytinq favoriti Şəhriyar Məmmədyarovla, Əhməd Əhmədzadə Vüqar Rəsulov, Nicat Abasov Xaqan Əhməd, Rəhim Qasımov isə Aydın Süleymanlı ilə qarşılaşacaq. Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov Şiroğlan Talıbov, Paşam Əlizadə Read Səmədov, Rəvan Əliyev Məhəmməd Muradlı, Eltac Səfərli isə Kamal Ağasiyevlə mübarizə aparacaq.

1/8 finaldan etibarən qadın şahmatçılar da yarışa qoşulacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Azərbaycan çempionatında partiyalar hər gün saat 15:00-da başlayır.