Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq

Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq

11 Fevral 2026

Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.

Onun sözlərinə görə, süni intellektin tətbiqi üçün texnoloji inkişaf olmalıdır:

"Texnoloji yeniliklər, toplanmış məlumatlar, inteqrasiya kifayət qədər olmalıdır. Qlobal səviyyəyə çıxmaq üçün əvvəlcə yerli səviyyədə işləri düzgün qurmaq lazımdır. Bu baxımdan, məsələn, sosial sahələrdə vətəndaşlara xüsusi dəstək göstərməklə onların həssas ehtiyaclarını qarşılayan xidmətlər təşkil edə bilərik".

O.Salahov bildirib ki, vətəndaşların ən çox müraciət etdiyi sahələr çağrı mərkəzləri, əlilliyin qiymətləndirilməsidir:

"Təəssüf ki, cüzi də olsa əlilliyin qiymətləndirilməsində saxtakarlıqlara yol verilməsinə cəhd olunur. Əlilliyin qiymətləndirilməsi üçün gələcəkdə süni intellekt imkanlarından istifadə hədəfə kimi qoyulub. Burada məqsəd həkimlərin işinə mane olmamaq, sadəcə, işlərin daha da sürətləndirilməsidir".