
Şərurda keçirilən yay düşərgəsi başa çatıb - FOTO
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Gənclərin Yay Düşərgəsi - 2025" 24-26 iyul tarixlərini əhatə edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan düşərgədə 50-ə yaxın könüllü gəncin iştirakı təmin olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Şərur Olimpiya İdman Kompleksində təşkil olunan düşərgənin sonuncu günündə komanda təqdimatları izlənilib, yarışmaların qalibləri və fəal iştirakçılar diplomla təltif ediliblər.
Qeyd edək ki, düşərgə müddətində karyera planlaması, liderlik, bədən dili və özünü ifadə, sosial layihələrin hazırlanması, komanda ilə işləmə bacarığı ilə bağlı təlimlər, o cümlədən intellekt yarışları, əyləncəli idman oyunları, komanda təqdimatları və müxtəlif əyləncəli fəaliyyətlər icra olunub.