Vətən müharibəsi şəhidi Firuz Qureşlinin adı Bakıda məktəb sinfinə verilib -

Vətən müharibəsi şəhidi Firuz Qureşlinin adı Bakıda məktəb sinfinə verilib - FOTO

04 Dekabr 2025

Bakı şəhəri 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin 3 “A” sinfinə Vətən müharibəsi şəhidi, Şahbuz rayonunun Külüs kəndində doğulan Firuz Qureşlinin adı verilib. Bununla əlaqədar təhsil müəssisəsində anım və advermə mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məktəbin direktor müavini Firuzə Məmmədova, məktəbin müəllimləri İlhamə Yusifova, Ülviyyə Qurbanova şəhidin həyat yolundan, döyüş yolundan bəhs ediblər.  

Şagirdlərə qəhrəmanlıq nümunəsi kimi təqdim olunan Firuz Qureşlinin xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Məktəb rəhbərliyi qeyd edib ki, sinfə şəhidin adının verilməsi gənc nəslin vətən sevgisi ilə böyüməsinə, qəhrəmanlarımızın xatirəsinin yaşadılmasına xidmət edir.