“Xəmsə” Milli İntellektual Oyunu keçirilib -

“Xəmsə” Milli İntellektual Oyunu keçirilib - FOTO

22 Noyabr 2024

Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Təhsil şöbəsinin və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən oyunda Təhsil şöbəsinin, İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 20 gənc müəllimi 4 komanda ilə iştirak edib.

“Xəmsə” Milli İntellektual Oyununda gənc müəllimlərə “Bəli raunda” 25 sual, “Şərti raunda”25 sual, “Sirli raunda” 25 sual, “Fərdi raunda” 5 sual və “Xəmsə randunda” isə 1 sual təqdim edilib.

Şərtlərə görə təqdim edilmiş sualları 30 saniyə ərzində cavablandıraraq ən yaxşı nəticə göstərən komanda qalib elan edilib.

Beləliklə keçirilən “Xəmsə” Milli İntellektual Oyununda komandalar arasında suallara düzgün və dəqiq cavab verən “Dəmirçi” komandası “Xəmsə” Milli İntellektual Oyununun qalib olmuşdur.

Qalib olmuş komanda təşkilatçıların diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.