I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

16 İyul 2025

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi Məzahir Kərimov Xalıq oğludur.

Onun nəşinin qalıqları iyulun 18-i saat 13.00-da Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunacaq.