5 ayda 35 minə yaxın uşağa görə birdəfəlik müavinət təyin edilib
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər oğlan uşağına görə aparılıb.








