Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

13 İyun 2026

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,35 ABŞ dolları və ya 6,57% ucuzlaşaraq 90,50 ABŞ dollarına enib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,33 dollar və ya 6,69% ucuzlaşaraq 88,23 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,4 dollar və ya 9,22% azalaraq 63,02 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,85 dollar və ya 7,2% azalaraq 88,23 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.