FHN-dən çimərliklərlə bağlı əhaliyə müraciət -

FHN-dən çimərliklərlə bağlı əhaliyə müraciət - VİDEO

13 İyun 2026

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Qurumdan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə daxil olan məlumatda bəzi vətəndaşların çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etmədikləri bildirilib.

Nazirlik bu baxımdan əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd olunub ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Həmçinin bildirilib ki, çimərliyə gətirilən uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidirlər.

Məlumatda qızmar günəş altında fasiləsiz dayanmağın, hava qaraldıqdan sonra suya daxil olmağın sağlamlıq üçün təhlükəli olduğu vurğulanıb.