Naxçıvanda 3698 şagird məzun olur
Bu il Naxçıvanda 3698 şagird 11-ci sinfi bitirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, cari tədris ilində Naxçıvan Muxtar Respublikasının 205 ümumtəhsil müəssisələrində, ümumilikdə, 3698 şagird məzun olur. Belə ki, onlardan 1825-i qız, 1873-ü oğlan şagirdlərdir.








