Azərbaycan Respublikasından kənarda bağlanmış nikah necə tanınır? -

Azərbaycan Respublikasından kənarda bağlanmış nikah necə tanınır? - HÜQUQ MƏSLƏHƏTİ

06 Aprel 2026

Sual: Azərbaycan Respublikasından kənarda bağlanmış nikah necə tanınır?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən:

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas -Yaqub Salamzadə