Nehrəm qəsəbəsində yazlıq əkinlərə başlanılıb
Cari ilin yazlıq əkinləri dövründə muxtar respublika bazarlarının əsas tərəvəz-bostan məhsulları tədarükçüsü olan Nehrəm qəsəbə fermerləri tərəfindən ümumilikdə 64 hektarda məhsul əkininə başlanılıb.
Bu barədə Nehrəm qəsəbə bələdiyyəsinin sədr müavini Tofiq Abutalıbov "NAXÇIVANXƏBƏRLƏRİ"nə müsahibəsində məlumat verib. Sədr müavini bildirib ki, qəsəbənin əkinəyararlı torpaq sahələrində yazlıq əkini dövründə 24 hektarda bostan, 32 hektarda yonca, 7 hektarda arpa, 1 hektara yaxın ərazidə isə tərəvəz məhsullarının əkini aparılıb.
T.Abutalıbov qeyd edib ki, ümumilikdə 2000 hektara yaxın ərazidə əkin işləri icra olunub. Vurğulanıb ki, bu sahənin 1705 hektarı arpa və buğda əkinlərinin payına düşür. Hazırda ərazilərdə aqrotexnik qulluq işləri davam etdirilir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov









