İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.
Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.















