
Azərbaycan sosial müdafiə və sosial təminata ayrılan xərcləri 9 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən sosial müdafiə və sosial təminata 3 milyard 356,5 milyon manat xərclənib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 273,1 milyon manat və 8,9 % çoxdur.
Hesabat dövründə sosial müdafiə və sosial təminat xərclərinin 70,6 %-i icra edilib.
Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 4 milyard 751,7 milyon manat ayrılıb.