Naxçıvanda 9 ayda 53 hərrac keçirilib

Naxçıvanda 9 ayda 53 hərrac keçirilib

22 Oktyabr 2025

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında keçirilən hərraclar şəffaflıq və rəqabət prinsipləri əsasında davam etdirilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən cari ilin ilk doqquz ayında 53 hərrac təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, keçirilən hərraclarda 8 nəqliyyat vasitəsi, 21 bələdiyyə torpağı, 2 fərdi ev, 8 qeyri-yaşayış sahəsi, 1 mənzil, 2 yer təki və 11 adda xammal və material satılıb.