Məleykə Abbaszadə: Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır

Məleykə Abbaszadə: Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır

22 Oktyabr 2025

Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "PeşəFest"in yekun tədbirində deyib.

O bildirib ki, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlıq yaranır:

"Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Müasir çağırışları gənclər nəzərə alaraq özlərinə sual verməlidir".

DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma ixtisasları bu günümüzdür:

"Bu reallıq əmək bazarındadır. Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq".