Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb
Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sənədi Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənəd Azərbaycan və Rusiyada elektron beynəlxalq yükdaşıma qaiməsinin (e-CMR) tətbiqi üçün şəraitin yaradılmasını nəzərdə tutur, avtomobil nəqliyyatı sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, yükdaşımaların daha operativ və şəffaf həyata keçirilməsi, həmçinin iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.








