Naxçıvanda yeni nazir müavini təyin olunub
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə yeni nazir müavini təyin edilib.
Qurumun mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, Müslüm Cabbarzadə bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, eyni zamanda bir müddət bu qurumun rəisi vəzifələrini icra edib.








