Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla təkbətək görüşü olub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, görüş çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, nazir Ceyhun Bayramov 29-30 oktyabr 2026-cı il tarixlərində Ankarada keçirilən 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində Türkiyədə səfərdədir.








