“Yaşayış yeri” dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət Prosessual Qanunvericiliyə əsasən “Yaşayış yeri” dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 7.0.34-cü maddəsinə əsasən yaşayış yeri dedikdə, bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi başa düşülür.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı.








