Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib

09 May 2026

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sosial şəbəkə hesabında paylaşım edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, paylaşımda deyilir:

"10 may müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycanın suverenliyinə, müstəqilliyinin dönməzliyinə və dövlətçilik ənənələrinin davamlı inkişafına sarsılmaz inam bəsləyən Ulu Öndərin müəyyən etdiyi strateji kurs, o cümlədən müstəqil və praqmatik xarici siyasət xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Xalqımızın tərəqqisi, dövlətimizin güclənməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması naminə əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".

https://x.com/AzerbaijanMFA/status/2053188781910487470/photo/1