Azərbaycanda POS-terminalların 50 %-i aktiv istifadə olunur
Azərbaycanda POS-terminalların 50 %-i aktiv istifadə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, pərakəndə ticarət müəssisələrində quraşdırılmış POS-terminalların orta hesabla 50 %-i aktiv istifadə olunur: "Aktiv istifadə dedikdə bir ay ərzində POS-terminal vasitəsilə 4-dən çox sayda tranzaksiyanın həyata keçirilməsi nəzərdə tutulur.
"Azərbaycanda hər 1 000 nəfərə düşən POS-terminal sayı 17 olduğu halda, bu göstərici Qazaxıstanda 68, Türkiyədə 54, Gürcüstanda 32-dir. Müasir maliyyə texnologiyalarının tətbiqi, o cümlədən AZQR kod (ölkə ərazisində malların, işlərin və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod) vasitəsilə ödənişlərin aparılması bu istiqamətdə irəliləyiş üçün yeni perspektivlər yaradır", - deyə proqramda qeyd olunub.








