Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq

Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq

26 May 2026

2030-cu ilə qədər Azərbaycanda fərdi investorlara yönəlmiş azı 1 investisiya fondunun fəaliyyətə başlaması planlşadırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməsi istiqamətində ilkin olaraq hüquqi çərçivənin müəyyən edilməsi, sonra investisiya fondlarının yaradılması imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək.

Bundan başqa, investisiya şirkətlərinin 50 %-də investisiya alətlərinə rəqəmsal çıxışın mövcudluğu, azı 3 bankın investisiya xidmətləri göstərməsi hədəflənir.